Keçmiş nazirin həyat yoldaşı 11 milyard mənimsəyib, ölkədən qaçıb

Keçmiş nazirin həyat yoldaşı 11 milyard mənimsəyib, ölkədən qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın keçmiş baş nazirinin həyat yoldaşına 11 il hökm  oxunub.

Moskvanın sabiq baş naziri Aleksey Kuznetsovun  arvadı  Janna Bulax  dövlətdən 11 milyard rubl mənimsədiyinə görə 11 il həbs cəzası alıb.

Minval.İnfo xəbər verir ki, J. Bulax ABŞ vətəndaşı olduğuna və xaricdə gizləndiyinə görə, məhkəmə qiyabi şəkildə məhkum olmadan keçirilib. İstintaqdan əldə olunan məlumata görə, ümumi rejim koloniyasında 11 illik həbsinə hökm oxunan Janna Bulax  Moskvanın eks baş naziri Aleksey Kuzntsovla əl bir olaraq dövlətdən 11 milyard rubl oğurlayıblar.

Qeyd edək ki,  A.Kuznetsov məhkəmə öncəsi Fransaya qaçıb. O, Rusiya tərəfindən qiyabi həbs edilib, federal daha sonra isə beynəlxalq axtarışa verilsə də hələ Fransa tərəfi onun  ekstradisiya etməyib.