Keçmiş nazirdən etiraf: “Qarabağda 17 min hərbçimiz var idi”backend

Keçmiş nazirdən etiraf: “Qarabağda 17 min hərbçimiz var idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Ermənistan tərəfi uzun illərdi Qarabağda hərbçilərinin olmadığını iddia edirdi. Hətta baş nazir Nikol Paşinyan belə inkar edirdi ki, Qarabağda onlara məxsus hərbçilər olmayıb.
Lakin Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan İrəvan hökumətinin yalanını üzə çıxarıb. Tribunainfo.az xəbər verir ki, o, yerli mediaya bəzi etiraflar edib.
Karapetyan bildirib ki, Azərbaycan Ordusu antiterror əməliyyatı keçirən vaxt Qarabağda tam təhciz edilmiş Ermənistan ordusunun 17 min hərbçisi olub. “Lakin onlara döyüşmək qadağan edilmişdi. İrəvanda bir başa tapşırıq var idi ki, heç bir əməliyyata qatılmasınlar”.
Keçmiş nazir onu da deyib ki, Paşinyan hökuməti həmin hərbçiləri Qarabağdan təkcə sağ çıxarmaq üçün deyil, əm də Azərbaycanın daha güclü hücumundan qorunmaq üçün bu addımı atıb. “Onun hərəkəti xəyanət idi. Amma biz heç nə edə bilmirdik. Çünki Qarabağdakı orduya birbaşa Paşinyan əmr verirdi”.