Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.
Tribunainfo.az unikal.az-a istinadən xəbər verir ki, rektor öz hesabına məzuniyyətə çıxıb.
Onun vəzifəsini akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov icra edir.
Qeyd edək ki, H.Əsədov YAP-ın 51 saylı Şirvan seçki dairəsindən namizədidir.