Keçmiş nazir müavini: “Yatıb yuxuda da görməzdim ki, İrəvan Qarabağı Bakınınkı kimi tanıyacaq”

Keçmiş nazir müavini: “Yatıb yuxuda da görməzdim ki, İrəvan Qarabağı Bakınınkı kimi tanıyacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülh müqaviləsi o mənada etimad yaratmır ki, onun sülhün bərqərar olmasına gətirib çıxara bilməyəcəyi və ya ən azı Ermənistanla Azərbaycan arasında, eləcə də daha geniş regional kontekstdə onun əldə olunması üçün əsas ola bilməyəcək”. Tribunainfo.az bildirir ki, bu iddia ilə Ermənistan XİN başçısının keçmiş müavini Avet Adonts çıxış edib.

O deyib ki, Azərbaycan və Türkiyə Ermənistanda daxili siyasi proseslərə təsir etməyə çalışır. “Mənim və cəmiyyətin düşünən təbəqəsi üçün bu qırmızı xəttdir. Rəsmi Bakı və Ankaranın ambisiyalarını nəzərə alsaq, vəziyyət, artıq qeyd etdiyim kimi, ümidsiz perspektivlərlə doludur. Onların Ermənistan hakimiyyətinin faktiki olaraq razılaşdığı Konstitusiyanın dəyişdirilməsi tələbi bunu təsdiqləyir”.

Onun sözlərinə görə, dəhliz məsələsi Moskvanın imzaladığı bəyanatın Praqa Bəyannaməsi ilə əvəzlənməsinə təsir etdi. “Yəni, indiki hakimiyyətin Qarabağla bağlı konsepsiyası dəyişdirildi, Azərbaycanın tərkib hissəsi kimi tanındı. Heç vaxt, hətta ən pis yuxularımda belə təsəvvür edə bilməzdim ki, Ermənistan Konstitusiyası xarici diktə ilə, xüsusən də Bakı və Ankaranın diktəsi ilə dəyişə bilər”.