“Azərbaycanın bəyanatları sülh üçün yol xəritəsini deyil, ərazinin yenidən nəzərdən keçirilməsi üçün üstüörtülü istəyə əsaslanan kampaniyanı ortaya qoyur”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistan XİN başçısının sabiq müavini Qriqor Hovhannisyan deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin baxışı ənənəvi tranzit marşrutu ilə məhdudlaşmır. “O, Ermənistanın sərhəd nəzarətinə tabe olmayacaq dəhliz, faktiki olaraq İrəvanı öz ərazisinin bir hissəsi üzərində suverenlikdən məhrum edəcək marşrut axtarır. Söhbət sərhədlərin dəyişdirilməsindən gedir”.
Hovannisyan hesab edir ki, Ermənistanın manevr etmək imkanı azdır. “Zəngəzurdan keçən real dəhliz onun İranla əlaqəsini kəsərək geosiyasi mövqeyini zəiflədəcək. Bu, Cənubi Qafqazı yenidən formalaşdıracaq”.
Keçmiş nazir müavini qeyd edib ki, Ermənistan təzyiq altında ekstraterritoriyaya çıxışı təmin etməyə məcbur olarsa, bu, təhlükəli presedent yarada bilər. “Bu, məcburiyyəti təşviq edər, diplomatiyaya xələl gətirər və digər avtokratiyalara bir siqnal göndərərdi: istədiyinizi götürün və onu dəhliz adlandırın”.
Fərda Uğur