Keçmiş nazir: “Ermənistan Azərbaycana veriləcək torpaqları minalardan təmizləyir”

Keçmiş nazir: “Ermənistan Azərbaycana veriləcək torpaqları minalardan təmizləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan-Türkiyə sərhədi qanuni olaraq yox olacaq. Bu, Türkiyəyə istənilən vaxt Ermənistanın istənilən ərazisini işğal etmək imkanı verəcək”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq XİN başçısı Edqar Qazaryan deyib.

Onun sözlərinə görə, Ermənistanın “Istiqlal Bəyənnaməsi”ndən imtina etməsi, yeni dövlət anlayışını ortaya çıxaracaq. “İstiqlal Bəyannaməsi”ndən imtina və onun Konstitusiyadan çıxarılması indiki respublikanın ümumiyyətlə mövcudluğunu dayandırması və bu ərazidə başqa dövlətin formalaşması deməkdir”.

Qazaryan bildirib ki, Ermənistan hakimiyyəti öz bəyanatları ilə Azərbaycana bir çox əraziləri vermiş olacaq. “Buraya bütün Vayots Dzor və Sünik rayonları, həmçinin Ararat, Armavir, Qeqarkunik, Tavuş, Lori, Şirakın ayrı-ayrı hissələri daxildir. İrəvanın faktiki hərəkəti Azərbaycana bu əraziləri götürmək üçün hüquqi əsas verir”.

Keçmiş nazir başqa bir iddia ilə də çıxış edib. O, bir neçə gün əvvəl Azərbaycanla sərhəddə əraziləri minadan təmizləyən zaman partlayışın baş verməsini və bir əsgərin yaralanmasını xatırladıb. “Geqarkunik rayonunda minatəmizləmə işlərinin aparılması həmin ərazilərin Azərbaycana təhvil verilməsinə hazıərlıq deməkdir. Başqa sözlə, Ermənistan Silahlı Qüvvələrinə əraziləri minalardan təmizləmək tapşırığı verilib ki, sonradan torpaqlar Azərbaycana təhvil verilsin”.

Fərda Uğur