“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş idarə rəisi, mərhum Mirzalı Behbudovun oğlu Araz Behbudov üç qurumu məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, o, Bakı Şəhəri İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi barəsində iddia qaldırıb.
Məhkəmə çəkişməsinin səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
İş hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini Araz Behbudov verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Aytən Oruczadənin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.
25 yanvar 2024-cü ilə tarixə iş üzrə şifahi məhkəmə baxışı təyin edilib.
Bir neçə il əvvəl Mirzalı Behbudovun böyük oğlu Elçin Behbudovun atasını məhkəməyə verməsi barədə məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, o, atasına məxsus “Varovski”dəki altı villa, bir neçə maşın təmiri servisləri, Bakı şəhərində yerləşən “Mətin”,”Səma” ,”Mələk” və Ağdam rayonunda olan “Araz” şadlıq saraylarından özünə düşən əmlak payını istəyir.
Mirzalı Behbudov isə böyük oğlunu vərəsəlik hüququndan məhrum etməyə çalışır.
Bu çəkişmənin nəticəsi barədə heç bi məlumat yoxdur. Bəzi iddialara görə, Araz Mehbudovun üç qurumu məhkəməyə verməsi Mirzalı Behbudovun övladları arasında vərəsəliklə bağlı mübahisələrdən qaynaqlana bilər.
Mirzalı Behbudov “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin yaxın adamı kimi tanınıb.