Həştərxan İş Mərkəzinə daxil olan “Volqa Hoteli” məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, şirkətlə bağlı məhkəməyə Rzazadə Tural Nazim oğlu müraciət edib.
O, məhkəmədə şirkət rəhbərliyi qarşısında əmək mübahisələri – işə bərpa olunma istəyinə qarşı iddia qaldırıb.
İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, “Həştərxan İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Fuad Hüseynov Vaqif oğludur.