Keçmiş işçisi “OBA market”i məhkəməyə verib.
İqtisadiyyat.az xəbər verir ki, məhkəmə işi əmək mübahisələri ilə bağlıdır.
Belə ki, marketin keçmiş əməkdaşı Məsimov İbrahim Mahir oğlu haqsız yerə işdən çıxarıldığını bildirib.
Buna görə də o məhkəmədə “OBA”ya qarşı iddia qaldırıb.
İşə bərpa olunmaq istəyən keçmiş işçinin iddiası Sumqayıt Apellyasiya Məhkəməsində hakim Afiq Hüseynzadənin sədrliyi ilə araşdırılacaq.