Keçmiş işçisi nazirliyi məhkəməyə verdi

Keçmiş işçisi nazirliyi məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş əməkdaşı Murtuz Qasımovla qurum arasında qalmaqal yaranıb.
Qaynarinfo xəbər verir ki, Murtuz Qasımov işdən çıxarılıb. Lakin o, rəhbərliyinin qərarının qanunsuz olduğu qənaətindədir. Bu baxımdan, nazirliyi məhkəməyə verib.
Onun iddiasına Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. Yanvarın 17-nə iş üzrə məhkəmə hazırlı iclası təyin edilib.
İclas hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə keçiriləcək.