“Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyəti daha bir xanım tərəfindən məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, Babayeva Nərgiz Allahverən qızı “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən mülki hüquqlarının pozulması ilə bağlı məhkəmədə iddia qaldırıb.
O, “Bakı Metropoliten” rəhbərliyindən dəyən ziyana görə mənəvi zərərin ödənilməsini tələb edir.
İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli telefonla danışdığı üçün işdən çıxarılıb.
