KEÇMİŞ HƏYAT YOLDAŞININ BOĞAZINI KƏSƏRƏK ÖLDÜRDÜbackend

KEÇMİŞ HƏYAT YOLDAŞININ BOĞAZINI KƏSƏRƏK ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Sultanqazi rayonunda 42 yaşlı qadın övladlarını görmək üçün evinə gələn keçmiş əri tərəfindən boğazı kəsilərək öldürülüb.

Tribunainfo.az xəbər verir ki, həmin şəxs hadisədən sonra polis bölməsinə gedərək təslim olub.

Belə ki, Tuncay Sağ övladlarını görmək üçün bir müddət əvvəl boşandığı keçmiş həyat yoldaşı Pınar Bektaşın evinə gedib. Daha sonra naməlum səbəbdən 42 yaşı tamam olan Sağ ilə Bektaş arasında mübahisə düşüb. Mübahisə böyüdükcə iki nəfər arasında dava düşüb.

O, mətbəxdən götürdüyü bıçaqla həm də Tuncay Sağın bibisi qızı olan Bektaşın boğazını kəsib, daha sonra isə bədəninin müxtəlif yerlərindən bıçaqlayıb. Hücum edən şəxs evi tərk etdikdən sonra 3 uşaq anası Pınar Bektaş şüşəni pəncərədən ataraq ətrafdakılardan kömək istəyib.

Onun kömək üçün ağladığını, şüşə parçalarının yerə düşdüyünü görən qonşular yuxarı qalxaraq Pınar Bektaşın qanlar içində yerdə uzandığını görüblər. Daha sonra digər otaqlara baxış keçirən qonşular Bektaşın 7 yaşlı qızının bir otaqda gizləndiyini görüblər.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Ünvana gələn sağlamlıq qrupları Pınar Bektaşın öldüyünü müəyyən edib.

Digər tərəfdən qızlarının sosial şəbəkədə paylaşdığı paylaşımda onun anasının ad gününü qeyd etdiyi görülüb.