İşdən çıxarılan əməkdaş “Azərbaycan Beynəlxalq Bankı”nı məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, ABB ilə bağlı iddianı bankın keçmiş əməkdaşı Rəsulov Rəşad Vaqif oğlu qaldırıb. İşin mahiyyəti əmək mübahisəsidir. iddiaçı işə bərpa edilməsini tələb edir.
Bankla bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Növbəti ilin 15 yanvar tarixində hakim Azad İmanovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Azərbaycan Beynəlxalq Bankı”n İdarə Heyətinin sədri isə Abbas İbrahimovdur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar