Çinin keçmiş baş naziri Li Keqiyanqın 68 yaşında ürək tutmasından vəfat etdiyi açıqlanıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, 2013-2023-cü illərdə Çində xidmət etmiş keçmiş baş nazir Li Keqiang 68 yaşında ürək tutmasından vəfat edib.Çin dövlət televiziyasında yayımlanan xəbərə görə, 68 yaşlı Li Şanxayda olarkən gecə yarısı qəflətən infarkt keçirib. “Onu reanimasiya etmək üçün edilən bütün cəhdlər uğursuz alınıb”, – məlumatda deyilir.