KEÇİD BALLARINDA ARTIM MÜŞAHİDƏ OLUNACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı 22 may tarixində başa çatdı. 

Yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı 22 may tarixində başa çatdı.

Təhsil üzrə ekspert Elçin Əfəndi TİA.AZ-a bildirdi ki, yay qəbul imtahanlarında iştirak etmək istəyənlər yaz qəbul imtahanında iştirak edənlərdən elə də kəskin fərqlənmir. Belə ki, rəsmi statistik məlumatlara nəzər yetirək: 

Azərbaycan bölməsi üzrə

I qrup 21339 nəfər (Yaz imtahanında iştirak edib Yay imtahanına girməyənlər 1922 nəfər )

II qrup 15892 nəfər (Yaz imtahanında iştirak edib Yay imtahanına girməyənlər 728 nəfər )

III qrup 14953 nəfər (Yaz imtahanında iştirak edib Yay imtahanına girməyənlər 518 nəfər )

IV qrup 3925 nəfər (Yaz imtahanında iştirak edib Yay imtahanına girməyənlər 161 nəfər )

V qrup 36897 nəfər

11 illikdən kolleclərə qəbul 43129 nəfər təşkil edib.

Rus bölməsi üzrə

I qrup 2065 nəfər (Yaz imtahanında iştirak edib Yay imtahanına girməyənlər 282 nəfər )

II qrup 1929 nəfər (Yaz imtahanında iştirak edib Yay imtahanına girməyənlər 136 nəfər )

III qrup 1156 nəfər (Yaz imtahanında iştirak edib Yay imtahanına girməyənlər 123 nəfər )

IV qrup 501 nəfər (Yaz imtahanında iştirak edib Yay imtahanına girməyənlər 39 nəfər )

V qrup 2934 nəfər

11 illikdən kolleclərə qəbul 2372 nəfər təşkil edib.


Ümumilikdə, 90616 nəfər tələbə adı uğrunda mübarizə aparacaq. Yaz qəbul imtahanında I-IV qruplar üzrə iştirak edənlər 65669 nəfər idisə, Yay qəbul imtahanında I-IV qruplar üzrə iştirak etmək istəyənlər 61760 nəfər təşkil edib”.


Ekspert deyir ki, bütün bu statistikalar onu deməyə əsas verir ki, bu il bir sıra ixtisaslarda keçid ballarında qalxma müşahidə oluna bilər:

“Bəzi ixtisaslarda keçid balları ötən qəbul illərinə nisbətən elə də ciddi fərqlənməyəcək. İxtisas qrupları üzrə keçid balları yerində qalacaq. Bu barədə bir neçə ay əvvəl Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti məlumat yaymışdı. Mən yenə də həmin məlumatı diqqətinizə çatdırıram. Belə ki, ixtisas qrupları üzrə keçid balları:

I qrup üzrə ödənişli əsaslarla 200 baldan, ödənişsiz əsaslarla isə 250 baldan aşağı olmayan abituriyentlər

II qrup üzrə ödənişli əsaslarla 200 baldan, ödənişsiz əsaslarla isə 300 baldan aşağı olmayan abituriyentlər

III qrup üzrə ödənişli əsaslarla 200 baldan, ödənişsiz əsaslarla isə 300 baldan aşağı olmayan abituriyentlər

I qrup üzrə ödənişli əsaslarla 250 baldan, ödənişsiz əsaslarla isə 250 baldan aşağı olmayan abituriyentlər ixtisas seçimi müsabiqəsinə buraxılacaqlar”.

E.Əfəndinin sözlərinə görə, ixtisas qrupları üzrə keçid balları yerində qalsa da, bəzi ixtisaslar üzrə keçid ballarında artım müşahidə olunacaq.

İlahə