backend

KEÇİD BALI NİYƏ QALXMIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanlarının bütün mərhəlləri, təşkilatçılığı əvvəlki illərlə müqahisədə kifayət qədər zəif təşkil olunub”. 

“2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanlarının bütün mərhəlləri, təşkilatçılığı əvvəlki illərlə müqahisədə kifayət qədər zəif təşkil olunub”.

Bu sözləri TİA.AZ-a təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu ildən etibarən ali məktəblərə qəbul imtahanları iki dəfə keçirilməyə başladı: “Gözlənilirdi ki, bu abituriyentlərin nəticələrində artımlar müşahidə olunacaq. Lakin məlum oldu ki, bu heçdə belə deyil. Abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar əvvəlki illərdə olduğu kimi aşağı səviyyədədir. Yəni yenə də qəbul imtahanlarında iştirak etmək hüququ qazanmış şəxslərin 52 faizi keçid balını toplaya bilmədi. Buna görə də, Dövlət İmtahan Mərkəzi ali məktəblərin plan yerləri boş qalmasın deyə, əvvəlcədən müəyyən olunmuş 200 ballıq keçid balını bütün ixtisas qrupu üzrə müəyyən ixtisarlar da 150 bala endirdi. Bu əlbəttə ki, ilk növbədə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarının qarşısını almaq və Azərbaycan universitetlərində boş plan yerlərinin qalmaması məqsədi daşıyır”.

Ekspert deyir ki, bir neçə ildir ki, Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət – esse imtahanı olurdu: “Bu imtahandan sonra həmən fakültəyə qəbul balı 70 faiz endi və hətta həmişə azı 500 + balla qəbul aparılan jurnalistikada başda Bakı Dövlət Universiteti olmaqla böyük sayda plan yeri boş qadı.
Bu il bir sıra ixtisaslara qabiliyyət imtahanı yoxdur. Siyahını uzada bilərəm. Amma onlardan biri də aktyorluq fakültəsidir. Hər il 30-40-balla bu ixtisasa qəbul aparılırdı və ora qəbul olanlar o qədər də gəcəkdə peşəkar aktyor ola bilmirdi. Bu ildən deyəsən bir sıra Mədəniyyət və İncəsənət Universitetinin qabiliyyət tələb edən ixtisasları kimi aktyorluq ixtisasına da qabiliyyət imtahanı olmayacaq”.

K.Əsədov deyir ki, problelərdən biri də bu vəya digər məsələ ilə bağlı informasiyanın əldə edilməsindədir: “Şəxsi münasibətlərlə bunu əldə etmək olur, amma mən heç vaxt bundan istifadə etmirəm”.

Abituriyent 4 jurnalının  nəşr olunmamasını dilə gətirən ekspert bildirir ki, qəbul imtahanları 3 gün sonra başa çatır və artıq 80 faiz insan balını bilir: “Amma hansı ixtisası seçəcək, təhsil haqqı üçün bankdan nə qədər kredit götürəcək, onu bilmirlər. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzi jurnallarını çap etdirməkdə həmişə gecikir. İxtisas seçiminə 10 gün qalıb, amma abituriyent 4 jurnalı hələ də yoxdur”.


İlahə