“Kayserispor” “Fənərbaxça” azarkeşlərini stadiona buraxmayacaqbackend

“Kayserispor” “Fənərbaxça” azarkeşlərini stadiona buraxmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Superliqasının növbəti turunda “Kayserispor”la qarşılaşacaq “Fənərbaxça” problemlə üzləşib.

Tribunainfo.az xəbər verir ki, kayserililər İstanbul təmsilçisinin azarkeşlərini stadiona buraxmamaq qərarı alıb.

Buna səbəb kimi isə təhlükəsizliklə bağlı çətinliklər göstərilib.

“Fənərbaxça” isə bu gün sosial şəbəkə hesablarından həmin qərarla bağlı etiraz mətni yayıb. Mətndə bildirilir ki, heç bir əsas olmada “Kayserispor” bu cür qərar verib.

Azarkeşlər həmin matça getmək istəyir və komandalarını dəstəkləmək niyyətindədirlər.

Məsələ isə hələ də həllini tapmayıb.