Ukraynadakı münaqişə daha bir neçə il davam edə bilər.
Tribunainfo.az-ın EFE agentliyinə istinadən xəbərinə görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Düşünürəm ki, real olan (ssenari) müharibənin daha bir neçə il davam etməsidir. Təəssüf ki, Prezident Donald Trampın səyləri də daxil olmaqla, sülhə nail olmaq səyləri heç bir nəticə vermədi”, – Aİ diplomatiyasının rəhbəri vurğulayıb.