Kaxovka SES-in partladılma anı və indiki vəziyyət (VİDEO)backend

Kaxovka SES-in partladılma anı və indiki vəziyyət (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İşğalçılar tərəfindən partladılmış Kaxovska SES-i əvvəlki formada bərpa etmək mümkün deyil, maşın otağının avadanlığı tamamilə məhv edilib. 

Tribunainfo.az xəbər verir ki, bu barədə “Ukrhidroenerqo” məlumat yayıb.

“Maşın otağının içəridən partlaması nəticəsində Kaxovska SES tamamilə dağılıb. Stansiyanı bərpa etmək mümkün deyil”, – məlumatda deyilir.
İdarədən verilən məlumata görə, yaxın 4 gün ərzində Kaxovka su anbarı tükənəcək. Səhər saat 9-a olan məlumata görə, suyun səviyyəsi artıq sürətlə aşağı düşür.
“Ukrhidroenerqo vəziyyəti təhlil etməyə davam edir, mütəxəssislərimiz dağıntının miqyasını, suyun sürətini və həcmini dəqiqləşdirməyə çalışırlar. Məlumat yenilənəcək”, – “Ukrhidroenerqo” bildirib.