Madrid yerli hökumətin fəaliyyətini məhdudlaşdırır
Madrid yerli hökumətin fəaliyyətini məhdudlaşdırır
İspaniya hökuməti Kataloniyanın muxtariyyat statusunun dayandırılmasına dair qərar verib.
TİA.AZ APA-ya istinadən verdiyi məlumata görə, bunu İspaniya baş naziri Mariano Rahoy bəyan edib.
O bildirib ki, Madrid Kataloniya hökumətinin bütün üzvlərini hakimiyyətdən kənarlaşdırır. M. Rahoyun sözlərinə görə, Kataloniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.
“Muxtariyyat məhdudlaşmır, sadəcə qanun çərçivəsindən çıxan hökumət kənarlaşdırılır”, – deyə o vurğulayıb.