1 oktyabrda müstəqillik referendumuna hazırlaşan Kataloniya İspaniya hökümətinin müdaxiləsinə baxmayaraq mübarizəyə davam edir.
1 oktyabrda müstəqillik referendumuna hazırlaşan Kataloniya İspaniya hökümətinin müdaxiləsinə baxmayaraq mübarizəyə davam edir.
“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, referenduma müdaxilə edən ispan polisinə katalan fermerlərdən cavab gəlib. Barselona küçələrini traktorlarla dolduran fermerlər polislərin seçki məntəqələrinə çatması və prosesə müdaxilə etmələrinə mane olmağa cəhd edirlər.
Digər tərəfdən isə, İspaniya höküməti seçki keçirilməsi planlaşdırılan məktəb və binalara müdaxilə etməyə çalışır. Dövlət binalarının 1 oktyabr səhər saat 6-ya qədər bağlı qalması üçün göstəriş verilsə də, müstəqillik tərəfdarı katalanlar ailə üzvləri ilə birlikdə məktəblərdə keşik çəkir.
Bu günə qədər milyonlarla seçki kağızı və zərflər ələ keçirilib. Kataloniya höküməti isə xalqı seçki prosesi baş tutmasa belə seçki məntəqələrinə gəlməyə və prosesə dəstək verməyə çağırır.
İspan höküməti referendumun qarşısını almaq və proseslərə müdaxilə etmək məqsədilə sərnişin gəmiləri ilə bölgəyə 4 min polis işçisi göndərib.
İnternet vasitəsilə planlaşdırılan elektron səsvermə və bunun üçün açılan saytlar polisin Xəbər Texnologiyası və Telekommunikasiya Mərkəzi və Kataloniya Xəbər Təhlükəsizlik Mərkəzinə müdaxiləsindən sonra bağlanıb.