Kataloniyada “GİZLİ REFERENDUM”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Kataloniyada yenə parlament seçkisidir. Bundan əvvəl separatçı Kataloniya hökuməti referendum yolu ilə bölgənin müstəqilliyini elan etməyə çalışdı, ancaq alınmadı. TİA.AZ-a aşıqlaması zamanı bunları xatırladan politoloq Elxan Şahinoğlu daha sonra mövzuya belə davam etdi: “ İspaniyanın mərkəzi hökuməti referendumun nəticələrini ləğv etdi, Konstitusiyaya əsasən bölgənin muxtariyyatını məhdudlaşdırdı. Madrid Kataloniyada yeni seçki təyin etdi və maraqlıdır ki, separatizmi alovlandıran separatçı parttiyalar və Brüsseldə gizlənən bölgənin keçmiş baş naziri Puçdemon yeni seçkiləri boykot etmədi. Niyə? Görünür, düşünür ki, separatizmi dəstəkləyən siyasi cərəyanlar yenidən qələbə çalacaq və o Kataloniya üçün artıq müstəqillik yolunu açacaq.

Əslində Kataloniyada budəfəki parlament seçkisi gizli referenduma bənzəyir. Əgər seçkidə İspaniyanın ərazi bütövlüyünə üstünlük verən yerli partiyalar qələbə çalsa, bu separatizm ideyalarının bir müddət arxa plana keçməsini şərtləndirəcək. Yox əgər yenə Puçdemon və onun tərəfdarları üstünlük qazansa, müstəqillik uğrunda hərəkat yenidən vüsət alacaq. Ancaq katalon separatçıları parlament seçkisində kifayət qədər səs qazansalar belə Madrid göz görə-görə ölkənin parçalanmasına seyrçi qalmayacaq, necə ki, qalmadı, Avropa da İspaniyanın yanındadır. Bu Kataloniyanı Kosovodan fərqləndirən əsas xüsusiyyətdir.”

NÜŞABƏ