Kataloniya rəhbərliyi müstəqillik haqqında bəyannaməni imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar.
 

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar.   

 

TİA.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədi həmçinin regionun müstəqilliyini dəstəkləyən və parlamentdə çoxluq təşkil edən 72 deputat da imzalayıb. Hakim koalisiyadan qeyd olunan bəyannamənin hələlik hüquqi qüvvəyə malik olmadığını bildiriblər. Barselona və Madrid arasında böhranın nizamlanmasına dair danışıqların uğursuz nəticələnəcəyi təqdirdə, sənəd təsdiqlənməsi üçün parlamentdə səsverməyə çıxarılacaq.     

 

Qeyd edək ki,  Karles Puçdemon bundan əvvəl Kataloniya deputatlarının qarşısında çıxışı zamanı parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb.  

 

K.Puçdemon razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib.  

 

Bununla belə o vurğulayıb ki, 1 oktyabr tarixli səsvermənin nəticələri regionun müstəqil respublika olmasına haqq qazandırıb.