Kataloniya liderindən xalqa müraciət (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kataloniya prezidenti Karles Puiqdemont muxtar bölgənin rəsmi televiziya kanalı “TV3″dən xalqa səslənib.

 

Kataloniya prezidenti Karles Puiqdemont muxtar bölgənin rəsmi televiziya kanalı “TV3″dən xalqa səslənib.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, Puiqdemont “Özümüzə inanırıq və hansısa qarşıdurmadan çəkinirik. Şərəfimizlə güclü qalmağa davam edəcəyik və istədiyimizi reallaşdırmaq potensialına sahib olduğumuzu göstərəcəyik. Əgər proseslər sülh şəraitində inkişaf etsə və bir olsaq öz gücümüzü daha yaxşı dərk edərik. Buna görə bütün dünya bizə qarşı heyranlıq duyur” deyib.

İspaniya prezidenti Mariana Raxoyun siyasətini tənqid edən katalon lider həmçinin bildirib ki, hökümət katalonları yox sayaraq məyus edib və çox sayda insan polis şiddətinə məruz qalıb. Kataloniya prezidenti beynəlxalq aləmin prosesin həllində iştirakı fikrini yenidən səsləndirib və bu tələblə çıxış edib.

Digər tərəfdən isə, Kataloniyanın müstəqilliyinə qarşı çıxan və İspaniyanın birliyinə dəstək verən bir qrup şəxs İspaniyanın Kataloniyadakı təmsilçisi olan icra hakimiyyətinin qarşısında aksiya keçiriblər.

İspaniya ordusuna aid hərbi texnika Kataloniyada polisə dəstək vermək məqsədilə yola düşüb. Bu günə qədər 2 konvoyun, 20 yük maşını və hərbi texnikanın yola düşdüyü bildirilir.