Katalon siyasətçilər azad edildi, etirazlar dayandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya polisi tərəfindən həbs edilən kataloniyalı rəsmilər sərbəst buraxılıb
 

İspaniya polisi tərəfindən həbs edilən kataloniyalı rəsmilər sərbəst buraxılıb.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, 1 oktyabrda müstəqillik referendumuna hazırlaşan Kataloniyada sentyabrın 20-si hökümət binalarına basqın edilmiş və bəzi siyasətçilər həbs edilmiş, referendumla əlaqəli sənədlər ələ keçirilmişdi. Bundan sonra başlayan etiraz aksiyalarında minlərlə insan iştirak etdi və insanlar küçələrdə gecələməyə, tələbələr universitetlərdə şüarlar səsləndirməyə başladı. İspaniya hökümətinin qərarından sonra isə etirazların dayandığı bildirilir.

Qeyd edək ki, İspaniya Kataloniyanı separatçılıqda ittiham edir və referendumu qeyri-qanuni hesab edir.