KASPŞİK BAKIDA QƏBUL EDİLMƏYƏCƏK… “MƏNTİQLİ, UZAQGÖRƏN MÜNASİBƏTDİR” – EKSPERT

KASPŞİK BAKIDA QƏBUL EDİLMƏYƏCƏK… “MƏNTİQLİ, UZAQGÖRƏN MÜNASİBƏTDİR” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in nümayəndəsi Anjey Kaspşik Bakıda qəbul edilməyəcək.

Tribunainfo.az yazır ki, bu barədə danışan politoloq Zaur Məmmədov bildirib ki, ATƏT sədrinin göstərişi ilə Kaspşikin Qarabağla bağlı regiona səfəri başlayıb. O, artıq İrəvanda görüşlər keçirib. Laçınla sərhəddə gedəcəyi gözlənilir:

“Azərbaycan tərəfindən əgər doğrudan da belə addım atılıbsa, tamamilə məntiqli və uzaqgörən münasibətdir. Qafqaza səfərinin nəticəsi olaraq Kaspşik əgər Laçın yolu ilə bağlı hər hansı açıqlama verərsə (böyük ehtimalla əvvəlcədən qərəzli mətn hazırlanıb), bu birtərəfli və qərəzli sayılacaq, çünki o Azərbaycanda görüşlər keçirməyib və Laçına Bakıdan yola düşməyib. Beləcə, Azərbaycan 30 il vaxtın aparılması ilə məşqul olan ATƏT-in mümkün bəyanatını əvvəlcədən qeyri-legitim etmiş oldu”