Kartofun qiyməti 92 faiz artdı – Səbəblər

Kartofun qiyməti 92 faiz artdı – Səbəblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin sonuna qədər Rusiyada kartof ən bahalı ərzaq olub.Onun qiyməti 92% artıb.

Tribunainfo.az xəbər verir ki, bunu “Rosstat” məlumatları sübut edib.

Digər ərzaq məhsulları arasında kərə yağının və qırmızı kürünün qiyməti də xeyli artıb.

Ötən il bahalaşan ərzaq məhsullarından biri də kərə yağıdır. “Rosstat”ın dekabr məlumatlarına görə, ölkədə bu məhsulun bir kiloqramının orta qiyməti təxminən 1,2 min rubl təşkil edib ki, bu da ötən ilin dekabr ayı göstəricisindən 36,2 faiz çoxdur.

Rusiyada istehsal olunan qırmızı kürü 2024-cü ildə ən çox qiymət artımı olan 10 məhsulun siyahısına daxil edilib. Dekabr ayında bu delikatesin bir kiloqramının orta qiyməti 9,2 min rubldan çox olub ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 37,7 faiz çoxdur.

Ötən il Rusiya vətəndaşlarının istehlak kreditlərinə xidmət sahəsində də xərclərində əhəmiyyətli artım müşahidə olunub. “Rosstat” tərəfindən dərc edilən məlumatlara görə, 2024-cü ilin dekabrında orta aylıq kredit ödənişi 34,5 min rubla çatıb.

Dəniz