“Son bir neçə gündə kartofun qiymətində artım müşahidə edilir. Kartof zəruri ehtiyac malları siyahısındadır. İkinci çörək belə adlandırılır. Kartofun qiymətinin artımı əsasən bir neçə faktorla əlaqədardır”.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında bildirən Günay Hüseynova bahalaşmanın səbəblərini vurğulayıb.
İqtisadçının sözlərinə görə, əvvəla tələb təklif faktoru var. Tələb olunanı ödəmir və bunun nəticəsində bazarlarda qıtlıq yaranır. Digər səbəb isə idxal ilə əlaqədardır.
“Belə ki, logistika və daşınma xərcləri artdığı üçün və xarici bazarda da qiymətlər artdığına görə, bu da bir başa qiymətə təsir edir. Mövsümi olaraq vergi və gömrük güzəştləri ilə qiymətləri müvəqqəti olaraq tənzimləmək olar. Məsələnin digər əsas qismi budur ki, ölkədə kənd təsərrüfatına maraq azalır, meqalopolisləşmə sürətlə artır. Əvvəllər 3 otaqlı evlər mövcud idi, indi isə 2 otaq studio,1+0 evlərin sayı artır. Kv metr kiçilir, sıxlıq artır, ərzaq qıtlığı bazarda qiymətləri artırır. Bakı və yaxın ətrafda torpaq satışı, təyinatının dəyişdirilməsi, sənədsiz evlərin satışı qadağan olmalıdır. Kənd Təsərrüfatına təşviq, dəstək olmalıdır. Nəzarət yoxdur. Sənədsiz evlər, el dili ilə desək ,”makler evləri” artır sənədsiz, nisbətən ucuz qiymətə olan evləri alıb hərkəs şəhərə gəlir.Rayon və kəndlərdə iş yox, beləliklə də kənd təsərrüfatı sıradan çıxır. Bina evləri də bu vəziyyətdədir. Müxtəlif müddətə kreditə salınır. Nümunə üçün deyim ki, aylıq 398 manat məbləğ təyin edirlər. Bunun nəticəsində imkanı olan 5 evi birden alır, 4 il sonra mənzil onundur.
Əslində Avropa ölkələrindəki kimi ikinci, üçüncü mənzilə yüksək vergi qoyulmalıdır”.
Dəniz