23 oktyabrdan etibarən İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub. Səbəbsə həmin şirkətlərə məxsus məhsullarda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkar olunmasıdır. Qonşu dövlətin ərzaqlıq kartof məhsulları ilə bağlı əsas idxalçılardan olduğunu nəzərə alsaq, problemin daxili bazarda kartof qıtlığı yarada biləcəyi və bunun qiymət artımına gətirib çıxaracağı düşünülür.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirir ki, bu qərarı doğru addım hesab edirəm,hətta düşünürəm ki,çoxdan olmali idi.
Onun sözlərinə görə, İqtisadiyyat nazirliyi xüsusi ilə də Qida Təhlükəsizliyi Agentlitliyi bazara nəzarət edir, mütəmadi olaraq hətta manitoringlər həyata keçirirlər.
“Son dönəmlərdə istər siyasi səbəblərdən istərsə də iranın bizə qarşı bir növ düşmən mövqeyində olmasından dolayı ölkəmizə keyfiyyətsiz məhsullar ixrac etməyə çalışır. Ola bilər kartofun və ya digər qida məhsullarının istehsal xərcləri ucuz başa gəlir və məhsulun satışı ümumilikdə ucuz başa gəlir .Bu məsələnin başqa bir tərəfidir .O demək deyil ki, İran məhsulları keyfiyyətsizdir, sadəcə yuxarda qeyd etdiyim kimi ölkəmizə birmənalı olaraq keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükəli, insan orqanizminə zərər vuran kimyəvi tərkibə malik məhsul ixrac edilir. Qadağa əsla kartof qıtlığına səbəb ola bilməz, çünki yetərincə yerli istehsalımız var. Lazım gələrsə digər ölkələrdən idxal olunar. Torpaqlarımız işğaldan azad edilib. Kənd Təsərrüfatının infrastrukturunun bərpası, yaxşılaşdırılması yönündə müxtəlif tədbirlər görülür ,müəyyən layihələrin həyata keçirilməsi yönündə işlər gedir”.