Karo Palyan: “Ermənistan qazın 40 faizini Azərbaycandan, buğdanın 40 faizini isə Türkiyədən ala bilər”

Karo Palyan: “Ermənistan qazın 40 faizini Azərbaycandan, buğdanın 40 faizini isə Türkiyədən ala bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sərhəd açılsa, turistlər hər iki tərəfdən gəlib-gedə bilər”.

Tribunainfo.az xəbər verir ki, bunu Türkiyə parlamentinin keçmiş deputatı, Karnegi
Fondunun nümayəndəsi Karo Paylan deyib.
Onun sözlərinə görə, Ermənistan hazırda buğdanın 95 faizini Rusiyadan
alır. “Bu qədər asılı olmaq yaxşı hal deyil. Eyni şey qaz üçün də keçərlidir.
Bu vəziyyəti bir az dəyişmək lazımdır. Türkiyə və Ermənistan arasında
müqavilə imzalansa, biz qazın 40 faizini Azərbaycandan, 30 faizini İrandan,
40 faizini isə Rusiyadan ala bilərik. Buğda da belədir, 40 faizini Türkiyədən
və ya başqa ölkələrdən ala bilərik. Biz azad və müstəqil olmalıyıq”.