“ABŞ Zəngəzur dəhlizinə nəzarət etsə, bölgəyə gəlsə, bu Ermənistana böyük qol-qanad verər. ABŞ sülhməramlısı Ermənistan üçün Rusiyadan daha yaxşı tərəfkeşlik edəcək”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərin müəllifi Karnegi Fondunun eksperti Alesya Vartanyandır.
O hesab edir ki, indiki məqamda ABŞ-ın bu işdə birbaşa iştirakı imkanları çox azdır. “Ümumiyyətlə heç bir ölkənin bu işdə ciddi və yaxından müdaxiləsi mümkünsüz görünür”.
Vartanyan onu da deyib ki, faktiki olaraq bölgədə əsas söz sahibi Azərbaycandır. “Trampın sözü ilə desək, kartların çoxu onun əlindədir”.
Fərda Uğur