Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin arxasında FETÖ-nun dayandığını bildirib. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin arxasında FETÖ-nun dayandığını bildirib.
TİA.AZ APA-ya istinadən xəbər verir ki, Kerri, öz növbəsində, baş vermiş hadisədən kədərləndiyini bildirib.
Tərəflər daha sonra Suriya vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.
Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.
Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.