Karla Bruni Sarkozinin seçki kampaniyası üçün Qəddafidən pul alıb

Karla Bruni Sarkozinin seçki kampaniyası üçün Qəddafidən pul alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın keçmiş prezidenti (2007-2012) Nikola Sarkozinin həyat yoldaşı Karla Bruni 2007-ci ildə Liviya hakimiyyəti tərəfindən (Liviya rəhbəri Muəmmər Qəddafi – 1969-2011) ərinin seçki kampaniyasının mümkün maliyyələşdirilməsində iştirak edib.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” məhkəmədəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Bruni saxta əməllər törətmək məqsədi ilə şahidə rüşvət vermə faktını gizlətməkdə və cinayətkar birlikdə iştirakda ittiham olunur.

317547a3-166c-3ff0-a741-2cf9a83ec491.jpg (110 KB)

Şahid qismində iş adamı Ziyad Takiəddindir. O, bu işdə əvvəlcə Sarkozinin əleyhinə ifadə verib, sonra isə sözlərini dəyişdirib.

Müstəntiqlər belə qənaətə gəliblər ki, əvvəlki ifadələrdən imtina Sarkozinin yaxın adamları tərəfindən planlaşdırılan korrupsiya əməliyyatı ola bilər. Keçmiş dövlət başçısının həyat yoldaşı nəzarətə götürülüb və Nikola Sarkozi istisna olmaqla, bu işdə iştirak edən hər kəslə əlaqə saxlamaq qadağan edilib.

e9a2cd7a-7f43-326c-af1c-f06821a3670c.jpg (135 KB)

Qeyd edək ki, 2011-ci ilin martında Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Sarkozinin seçki kampaniyasını maliyyələşdirdiklərini elan edib.

2012-ci ildə “Mediapart” araşdırmaçı jurnalistika agentliyi fransız siyasətçinin Qəddafidən seçki məqsədləri üçün 50 milyon avro aldığı yer alan bir sıra materiallar dərc edib. Takiəddin vasitəçi kimi çıxış edirmiş. Keçmiş prezident bütün ittihamları rədd edir.