Kardioloq siqareti tərgitməyin faydalarından danışdıbackend

Kardioloq siqareti tərgitməyin faydalarından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Siqaret çəkmək insult riskini əhəmiyyətli dərəcədə artırır, iki ildən sonra bu vərdişdən imtina isə xəstəliyin yaranma ehtimalını yarıya endiriri.

Tribunainfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin baş mütəxəssisi, kardioloq Yevgeni Şlyaxto deyib.

Mütəxəssisin fikrincə, insult riski nəhayət, siqareti tərgitdikdən beş il sonra yox ola bilər:
“Siqaretin insult riskinə verdiyi töhfə ateroskleroz və arterial hipertenziya ilə müqayisə edilə bilər. Əgər siz siqareti tərgitsəniz, iki ildən sonra siqaretlə əlaqəli insult riski iki dəfə azalacaq və yalnız beş ildən sonra tamamilə yox olacaq”.
Kardioloq əlavə edib ki, siqaret çəkmə vərdişi insult meylinə və ümumiyyətlə, ürək-damar xəstəliklərinin inkişaf riskinə əhəmiyyətli dərəcədə təsir göstərir. Mütəxəssis insult ehtimalının qarşısını almaq üçün spirtli içkilərdən və müxtəlif psixostimulyatorlardan imtina etməyi məsləhət görüb. Kardioloq qeyd edib ki, insultun qarşısını almaq üçün digər vacib tədbirlərə qan şəkərinin səviyyəsinin və qan təzyiqinin monitorinqi daxildir.