Kardiologiya İnstitutunda adamı infarkt edən qiymətlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda palatalar xəstələrə pulla satılır. 

Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda palatalar xəstələrə pulla satılır.


BakıPost-un məlumatına görə, institutun 2 nəfərlik palataları 80, 40 və 20 manat müqabilində xəstələrə təqdim olunur. 

Belə ki, xəstələrə “Lüks otaq” – 1 günü 80 manata (kreslo, divan, tualet, isti-soyuq su, televizor, iki çarpayı), “Pol-lüks ” günü 40 manata (televizor, soyuducu, iki çarpayı, kreslo, isti və suyu olmayan tualet), “Adi lüks” – günü 20 manata (köhnə soyuducu, soyuq suyu, iki çarpayı) verilir.
 
Bu palataları xəstələrə sata bilmək üçün adi palatalara 6, bəzən isə 8 çarpayı qoyub xəstə yığırlar ki, səs-küyün pis təsir etdiyi infarkt olmuş xəstələr məcbur olub “Lüks palata”ları alsınlar. Amma əslində, 1 palatada minimum 3 xəstə olmalıdır. Bu “qiymətli palataların” ödənişində heç kəsə güzəşt edilmir.  

 İnstitutun baş həkimi Əhməd Babayev BakıPost-a açıqlamasında bu ittihamların heç birini qəbul etmir: “Söylədiyiniz məlumat doğru deyil. İnstitut dövlət xəstəxanası olduğu üçün bütün xidmətlər, hətta qəbul belə pulsuzdur. Puldan söhbət gedə bilməz. Hətta özüm xəstələrdən hansısa şikayət olan zaman məsələni araşdırıb həll edirəm. Bu səbəbdən deyilən məlumatın heç bir əsası yoxdur. Özünüz belə gəlib xəstələrdən məlumat əldə edə bilərsiz”.

 Əhməd Babayev xəstələr arasında ayrı-seçkiliyin qoyulmadığını qeyd edib: “Hər gün institutumuza xeyli sayda xəstə daxil olur. Bizim işimiz onların hər birinə eyni qaydada tibbi yardım göstərməkdir”.