Kardiologiya İnstitutu “Arash Medical Company”dən 1,4 milyona nə alacaq?

Kardiologiya İnstitutu “Arash Medical Company”dən 1,4 milyona nə alacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu “Arash Medical Company” QSC ilə satınalma müqaviləsi bağlayacaq.
Tribunainfo.az Qaynarinfo-a istinadən xəbər verir ki, institut şirkətdən maşın və avadanlıqlar almağı planlaşdırır. Buna görə “Arash Medical Company” QSC-yə 1 392 324,73 manat ödəniləcək.
“Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
“Arash Medical Company” QSC 2019-cu ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildə isə şirkətin təşkilati-hüquqi formasını dəyişib.
“Arash Medical Company” QSC-nin himayədarı kimi iki keçmiş məmurun adı çəkilir. Bunlardan biri keçmiş spiker Oqtay Əsədov, digəri isə səhiyyə nazirinin keçmiş müavini Elsevər Ağayevdir.
“Arash Medical Company” QSC-nin Oqtay Əsədova bağlı olması 2015-ci ilədək şirkətə rəhbərlik etmiş Əsədov Cavid Bəxtiyar oğluna görədir. İddialara görə, Cavid Əsədov Oqtay Əsədovun qohumudur.
Elsevər Ağayevə gəlincə, şirkət onun nazir müvini olduğu dövrlərdə Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərin əzəolunmaz qalibi kimi tanınıb. Bu isə şirkətin keçmiş nazir müavininə bağlı olması barədə iddialara səbəb olub.