Moderator.az Amerika KİV-nə istinadən xəbər verir ki, Kim Kardaşyanın internetdən bir gündə qazancı Donald Trampın bir ildə qazandığından çoxdur.
Kim Kardaşyan yalnız açıq-saçıq geyimləri, məşhur dalı ilə deyil, həm də əldə etdiyi gəlirlə də hamını təəccübləndirir. Amerika saytı STAT-ın məlumatlarına görə, Kim Kardaşyanın İnstaqram akkauntunda post yerləşdirməyin orta qiyməti 500 min dollara çatıb! Yeri gəlmişkən, ABŞ prezidentinin illik maaşı 400 min dollar təşkil edir.
Deyilənlərə görə, posta görə bu məbləği Kimin anası Kris Cenner müəyyənləşdirib. Ana sosial şəbəkələrdə öz qızlarının bütün postlarına nəzarət edir.
Məsələn, STAT saytına Kim Kardaşyanla Duchesnay USA tibbi şirkəti arasında kontraktın təfərrüatı məlum olub. Şirkətin nümayəndələri razılaşmanın məbləğini də açıqlayıblar: hamiləlik dövründə qusma və öyümənin müalicəsi üçün reseptlə verilən dərmanı reklam etdiyinə görə porno ulduz yarım milyon dollar alacaq.
Kimin bacısı Kayli Cenner öz gəlirləri ilə ondan geri qalmır. Kayli də çox uğurlu iş adamıdır. Özünün ”Kylie Cosmetics” brendi ilə qız 3 ilə 900 milyon dollar qazana bilib.