“Ermənistan Suriyaya çevrilə bilər. Biz burada ciddi strateji tərəfdaş olmadan prosesləri idarə edə bilməyəcəyik”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan deyib.
O bildirib ki, İrəvanda vəziyyət dramatikdir. “Ermənistan vətəndaş müharibəsinə doğru gedir. Vətəndaş müharibəsi isə qonşu ilə müharibədən daha dəhşətlidir. Bütün vasitələrlə bunun qarşısını almaq lazımdır”.