Ötən gün Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşündən sonra erməni mediası hansı anlaşma əldə olunması məsələsini araşdırmağa başlayıb. Tribunainfo.az bildirir ki, hazırda erməni mediasında bununla bağlı çoxlu sayda versiyalar mövcuddur.
Lakin politoloq David Karapetyan iddia edir ki, dəmiryollarının açılması və 3-cü ölkə vətəndaşlarının Ermənistan və Türkiyə üzərindən sərhəddi keçməsi barədə əldə olunmuş razılaşma yekun deyil. O iddia edib ki, Ermənistan hakimiyyəti ilə Türkiyə arasında başqa razılaşma da əldə olunub. “Zəngəzur dəhlizinin açıqlaması müqabilində ilkin sonuna kimi Türkiyə ilə sərhədlərin açılması barədə prədəaraxası razılaşma əldə olunub”.