“Karantinin mənası yoxdur” – Rəşid Mahmudov

“Karantinin mənası yoxdur” – Rəşid Mahmudov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus artıq heç kimə ciddi təsir edə bilməz. Bu, virusun tamamilə zəifləmiş formasıdır”.

Bunu “Unikal”a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov son günlər Azərbaycanda COVID-19 virusuna yoluxma sayının kəskin artmasına münasibət bildirərkən deyib. O bildirib ki, ölkədə yenidən sərt karantin rejiminin tətbiq edilməsinin mənası yoxdur:

“Bu, hökümətin səlahiyyətindədir. Əslinə qalanda isə, bundan sonra karantin olmamalıdır. Bu, koronavirusun 5-ci dalğasıdır və çox zəif formasıdır. Demək olar ki, ölümcül təsiri yoxdur. Qrip kimi bir şeyə çevrilib, boş şeydir. Virus yalnız ciddi yanaşı xəstəlikləri olan insanların ölümünə səbəb ola bilər”.