KARANTİN NİYƏ UZADILIR?-İKİ SƏBƏB VAR

KARANTİN NİYƏ UZADILIR?-İKİ SƏBƏB VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus infeksiyasının ölkə ərazisində yayılması, onun törədə biləcəyi fəsad və problemlər geridə qalsa da, Azərbaycan xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.

Tribunainfo.az xəbər verir ki, bununla quru sərhədləri də daha 3 ay da bağlı qalacaq. Demək olar, dünyanın heç bir ölkəsində karantin rejiminin davam etmədiyi bir vaxtda Azərbaycanda hələ də bu rejimin uzadılması anlaşılan deyil. Üstəlik ortada yoluxma, yoluxma səbəbindən dünyasını dəyişən yoxdur.

Karantin rejiminin davam etməsi ilə quru sərhədlərinin açılması da real görünmür. Quru sərhədlərin qapalı qalması üçün ortada heç bir real səbəb olmasa da, heç bir addım atılmır, sərhədlər açılmır. Sərt karantin rejimi ərəfəsindən qalan bu qadağa hazırda dünyada cəmi iki ölkədə qalmaqdadır – Azərbaycanda və Şimali Koreyada.

Quru sərhədlərinin hələ də qapalı saxlanılmasını ekspertlər regionda təhlükəsizlik riskləri ilə əlaqələndirirlər. Ehtimal edilir ki, hökumət də riskləri azaltmaq üçün quru sərhədlərində giriş-çıxışı məhdudlaşdırır. Ancaq bu ehtimal bir o qədər də inandırıcı görünmür.

Bir çox ekspertlər isə hesab edir ki, quru sərhədlərinin açılması ilə, xüsusilə yay aylarında, ölkədə Gürcüstan və Türkiyəyə böyük turist axını başlayacaq. Bu da ölkədən milyonlarla pulun xaricə axması deməkdir. Quru sərhədlərinin qapalı qalması ilə əhali ölkə ərazisində istirahətə üstünlük verməyə məcbur olur. Bu da daxili turizmin canlanmasına səbəb olur. Ancaq digər tərəfdən isə qonşu ölkələr vasitəsilə Azərbaycana gəlmək istəyən turistlərin qarşısını alır. Məsələn, Türkiyəni, Gürcüstanı gəzən avropalı turist quru yolu ilə Azərbaycana səfər etmək istəsə bu mümkün olmayacaq. Bu da ölkə turizmini ancaq yerli turistlər hesabına canlandırmağa kömək edəcək.