Rusiyada dövlətə xəyanət və Rusiya ordusu haqqında yalan xəbərlər yayma ittihamı ilə 25 il müddətinə azadlıqdan məhrum edilən publisist Vladimir Kara-Murza ailəsi ilə telefon danışığında belə azad olunacağına ümid etmədyini bildiribmiş.
Tribunainfo.az xarici mediaya istinadla xəbər verir ki, Kara-Murza ailəsi və ABŞ prezidenti Co Baydenlə söhbətində deyib ki, həbsxanada öləcəyinə əmin imiş.
Jurnalist bildirib ki, azadlığa buraxıldığına hələ də inanmır və hələ də ona elə gəlir ki, Omskdakı kamerasında yatır.
Xatırladaq ki, avqustun 1-də Ankarada Rusiya və Qərb arasında ən böyük məhbus mübadiləsi keçirilib. Tədbirdə Rusiya, ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç və Belarus həbsxanalarında olan 26 nəfər iştirak edib. Azadlığa buraxılan 10 nəfər, o cümlədən iki uşaq Rusiyaya, on üçü Almaniyaya, üçü ABŞ-a gedib.