Kapitalbank müştərilərinə bəd xəbər – Xidmət haqqı 3 manat oldu

Kapitalbank müştərilərinə bəd xəbər – Xidmət haqqı 3 manat oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kapitalbank SMS bildirişləri üçün xidmət haqqını artırıb. Bu barədə bank müştərilərinə bildiriş göndərib.

Qeyd edilib ki, 17 fevraldan etibarən SMS-bildirişlər üzrə aylıq xidmət haqqı hər kart üçün 3 manat olacaq.

Bildirilir ki, SMS-bildiriş xidmətini isə istənilən vaxt tətbiqdə deaktiv etmək mümkündür.

“SMS bankçılıq” xidmətinin deaktiv edilməsi üçün, Birbank mobil tətbiqində “Əsas səhifə'” bölməsindən “Kartlar və hesablar” xanasına keçid edərək müvafiq kartı seçin və ” Təhlükəsizlik” bölməsində “SMS bankçılıq” bölməsinə klikləyərək nömrə əks olunan bölməni sola doğru çəkdikdə əks olunan ‘Sil” seçimi ilə deaktiv edə bilərsiniz.

Xatırladaq ki, bu vaxta qədər isə sözügedən xidmət haqqı 2 manat təşkil edirdi.

Olke.az