Ölkənin ən iri banklarından biri olan Kapital Bank III rübün hesabatını açıqlayıb. Tribunainfo.az xəbər verir ki, 9 aylıq hesabata əsasən bank 615 milyon 50 min manat faiz gəliri əldə edib. Gəlirlər son bir ildə 102 milyon 665 min manat, başqa sözlə 20% artıb.
Onun da böyük hissəsi – 505 milyon 328 min manat müştərilərə verilmiş kreditlər hesabına əldə oluna gəlirlərdir ki, bu da illik müqayisə ilə 115 milyon 255 min manat (30%) çoxdur.
Bu əsnada bankın faiz xərcləri də artıb. Məlum olub ki, həmin xərclər 80 milyon 651 min manat (2 dəfə) artaraq 158 milyon 630 manata yüksəlib. Bunun da 114 milyon 642 min manatı depozitlər üzrə xərclərdir ki, bu da illik 58 milyon 773 min manat, (2,1 dəfə) artıqdır.
Ötən illə müqayisədə bankın gəlirlərinin elə də çox olmadığı isə elə hesabatdan da aydın görünür. Belə ki, 456 milyon 420 min manat xalis faiz gəlirləri əldə edən Kapital Bank, ötən illə müqayisədə cəmi 22 milyon 14 min manat qazanc əldə edib.