“Kapital Bank” qazinin kartını blokladı-FOTO

“Kapital Bank” qazinin kartını blokladı-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapital Bank” daha bir qazinin kartını səbəbsiz yerə bloklayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə müharibə iştirakçısı, qazi Fərid Məmmədov özü sosial şəbəkədə yazıb. O bildirib ki, bankda müraciət etsə də, kartını blokdan çıxarmırlar:

“Qardaş, ayda 80 manat pul alırıq, onu da bizə çox gördülər. “Kapital Bank” kartımı bloklayıb. Yazıb məlumat verirəm, deyir ki, özünüz zəng edib kartı ləğv etdirmisiz. Mən dəliyəm, hörmətli kapital? Cəmi 80 manat pul alıram, onu da ləğv elətdirəm??
İndi deyir nağdlaşdırma edək 2% rüsumla. Daha onda mənə nə qalacaq?
Deyirəm, kartımı açın, deyir, qeyri mümkündü”.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar