“KAPİTAL BANK” MÜŞTƏRİNİN PULUNU MƏNİMSƏYİB KARTINI BLOKLADI…

“KAPİTAL BANK” MÜŞTƏRİNİN PULUNU MƏNİMSƏYİB KARTINI BLOKLADI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapital Bank”ın rəzilliyi davam edir. Kartımdan oğurlanan pulumu bank yox alış-veriş saytı özü geri qaytarıb. Amma bank pulu vermir.

Tribunainfo.az yazır ki, bu barədə Zahid Muradlı yazıb. O bildirib ki, kartdan pulunu götürə bilmir:

“Sayt pulumu geri vurub, “Kapital Bank” isə bloklayıb geri qaytarır. Pulun mənə gəlməsinə imkan vermir. Pulumu qoruya bilmədiyi azmış kimi indi geri qayıdan pulun geri gəlməsinə imkan vermir bu bank. Bu nə rəzalətdir belə?”

Müştəri məmnuniyyəti səviyyəsi olduqca aşağı olan “Kapital Bank”dan olan şikayət tək bununla kifayətlənmir. Ilin 12 ayı ərzində məhkəmələrə verilən bankın kredit davası etmədiyi müştərisi yoxdur.
Təkcə qarşıdakı 30 gün ərzində bankın 419 məhkəmə işi var. Məhkəmələrin çoxu kredit müqaviləsi üzrə yaranmış mübahisələrdir. Bank məhkəmələrə sərf etdiyi zamanı fəaliyyətindəki boşluqları aradan qaldırmağa yönəltmiş olsaydı, etibarsız deyil daha güvənilir bank kimi ad çıxara bilərdi