“Kapital Bank” müştərilərini belə “borca” salır

“Kapital Bank” müştərilərini belə “borca” salır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapital Bank”dan şikayətlər getdikcə artır. Artıq bununla bağlı hüquqşünaslara edilən müraciətlər də çoxalmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, səbəb bankın müştərilərini əsassız yerə borca salmasıdır.
Belə ki, “Hüquqşünaslar” səhifəsinə yazan şikayətçilərdən biri (adını açıqlamayıb) bildirib ki, o, “Kapital Bank” tərəfindən qanunsuzluğa rast gəlib. “Satdığım məhsula görə kartıma pul oturub. Mən həmin pulu çıxarmışam ki, istifadə edim. Üstündən 10 dəqiqə keçəndən sonra bildiriş gəldi ki, sizin debet kart hesabınız mənfiyə gedib, ödəniş geri çəkilib”.
Şikayətçi qeyd edir ki, o, məhsulu satıb, ödəniş də olunub. “Sonra isə mənim xəbərim olmadan, icazəm olmadan ödəniş məbləğini bank özbaşına qarşı tərəfə qaytarıb. Bank deyir, bizdə çətinlik yoxdur, qarşı tərəf istəsə, geri çəkə bilir. Nə dərəcədə qanunauyğundur bu?”
Həmçinin o da bildirilir ki, bank müştərisinə borclu olması barədə xəbərdarlıq da edib. Onun hesabının mənfiyə getdiyini bildirib.
Xatırladaq ki, sosial şəbəkələrdə “Kapital Bank”ın belə işlərindən şikayətlənənlər çoxdur.
Hüquqşünaslar bildirirlər ki, bankın belə bir addım atması qanunaziddir. Onlar hesab edirlər ki, hesab sahibinin icazəsi olmadan onun kartından bankın pul çəkmək, geri qaytarmaq hüququ yoxdur.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.