“Kapital Bank” kartları supermarketlərdə işləmirbackend

“Kapital Bank” kartları supermarketlərdə işləmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki gün ərzində Bakıdakı əksər market şəbəkələrində “Kapital Bank”ın kartları işləməyib. Tribunainfo.az xəbər verir ki, əməkdaşlarımızın apardığı müşahidə nəticəsində bütün iri marketlər müştərilərini bu səbəbdən geri qaytarmalı olublar.
Belə ki, alış-veriş zamanı “Kapital Bank” kartlarından istifadə edənlər kartların işləməməsi səbəbindən ya aldıqlarını geri qaytarmaq məcburiyyətində qalıblar, ya da nağd ödəniş etməli olublar.
“Araz”, “Rahat”, “Bravo”, “Oba” və digər marketlərdə kartların işləməməsi səbəbi kimi, “Kapital Bank”da davamlı olaraq texniki problemlərin yarandığını, bundan bezdiklərini bildiriblər. Söhbət zamanı idarəçilər deyiblər ki, “Kapital Bank” bu şəkildə davam edərəsə, onların kartları ilə alış-verişi dayandırmaq məcburiyyətində qalacaqlar. Çünki çox vaxt texniki problemlərdən müştəriləri ilə üz-üzə qalmalı olurlar.
Bəzi qaynaqlardan gələn xəbərlərdə isə deyilir ki, iri market şəbəkələri “Kapital Bank”ı boykot etmək barədə düşünürlər. Həmin məlumatlara əsasən iri market sahibləri müştərilərlə məhz bir bank səbəbindən problem yaşadıqlarından, “Kapital Bank”ın xidmətlərindən imtina edə biləcəklərini müzakirə edirlər.
Elə bankın müştəriləri də narazıdırlar. Onlar deyirlər ki, “Kapital Bank”ın kartlarından istifadə zamanı davamlı olaraq problem yaşayırlar. Müştərilərin sözlərinə görə, dəfələrlə banka bu barədə xəbərdarlıq etmələrinə baxmayaraq, heç bir tədbir görülmür.
Məsələ ilə bağlı “Kapital Bank”ın da mövqeyini öyrənməyə hazırıq.