7 saatdan çox yaranmış problemi aradan qaldıra bilməyən “Kapital Bank”ın rəsmi açıqlamalarına, problemin nədən qaynaqlandığına, üzrxahlığına rast gəlmədim. Bir az göz gəzdirdim rəsmi resurslarına, ağlabatan bir şey tapa bilmədim. “Birbank” tətbiqi 7 saat müddətində çökmüşdü. O cür ciddi bir problemdən sonra bütün ölkə üzrə ən böyük şəbəkəyə malik olan bir bankın heç bir açıqlama verməməsi və üzr istəməməsi bankçılıq etikası və beynəlxalq standartlara uyğun deyil.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çıxış edib. O bildirib ki, hətta belə hallardan sonra adətən banklar müştərilərinə kompensasiya olaraq kiçik hədiyyələr də təqdim edirlər:
“Eyni zamanda tənzimləyici qurumun, Mərkəzi Bankın baş verənləri dəyərləndirməsi, əgər problem “Kapital Bank”dakı çatışmazlıqlar və qeyri-peşəkarlıqla bağlıdırsa buna münasibət bildirməsi, bununla bağlı açıqlaması da məntiqli və doğru olardı”.
Qeyd edək ki, 28 yanvar tarixində “Kapital Bank” və “Birbank” tətbiqi çökmüşdü. Sözügedən bank kartlarından, tətbiqlərdən istifadə 7 saat mümkün olmamışdı.
Güşlən