“Kapital Bank”ın Xəzər rayon filialının müdiri Mahir Sultanov intihar edib.
Bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov açıqlamasında yayılan məlumatı təsdiqləyib:
“Bu xəbəri təəssüf hissi ilə təsdiq edirik ki, “Kapital Bank”ın Xəzər rayon filialının müdiri Mahir Sultanov intihar edib. İntiharın səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır”.